PA rəsmisi: “2019-cu il Azərbaycanda islahatar ili kimi yadda qalacaq”

2019-cu il Azərbaycanda köklü islahatlar ili kimi yadda qalacaq.

PA rəsmisi: “2019-cu il Azərbaycanda islahatar ili kimi yadda qalacaq”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2019-cu il Azərbaycanda köklü islahatlar ili kimi yadda qalacaq.

DiasporPress.az-ın məlumatına görə, bunu Prezident Administrasiyasının (PA) Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova “Seçkinin mediada işıqlandırlması” mövzusunda informasiya sessiyasında çıxışı zamanı deyib.

S.Yusifova bildirib ki, Azərbaycanda Prezident İlham Əliyev tərəfindən mütəmadi islahatlar həyata keçirilir. O qeyd edib ki, ölkədə həyata keçirilən son islahatlar kəmiyyət və keyfiyyətinə görə əvvəlki illərdən xeyli fərqlənir.

PA rəsmisi bildirib ki, islahatlar o qədər geniş miqyaslıdır ki, cəmiyyətin bütün institularına və təsisatlarına öz təsirini göstərəcək.

S.Yusifova vurğulayıb ki, hazırkı parlament seçkiləri daha çevik, peşəkar deputat korpusunun formalaşmasına yönəlib. Parlament seçkiləri taleyüklü proses olduğu üçün bütün siyasi partiyalar, vətəndaş cəmiyyəti fəallaşır və media da bunun bir tərkib hissəsidir.

S.Yusifova vurğulayıb ki, seçkiqabağı təşviqat aparmaq üçün 40-a yaxın KİV qeydiyyatdan keçib: “Seçkilər dövründə medianın üzərinə böyük yük düşür. Media nümayəndələri prosesi obyektiv işıqlandırmalı və bütün namizədlər üçün bərabər şərait yaratmalıdır. İnanırıq ki, bu parlament seçkiləri Azərbaycanda seçki təcrübəsinin və media ənənələrinin inkişafına öz töhfəsi ilə yadda qalacaq”.

 

DiasporPress.az