Professor Əli Kərimlinin milyonları necə mənimsədiyini ifşa etdi: “Hamısını sübut edə bilərəm”
27 Noyabr, 16:10   |    Baxış sayı: 42

Professor Əli Kərimlinin milyonları necə mənimsədiyini ifşa etdi: “Hamısını sübut edə bilərəm”

"Əli Kərimli Əbülfəz Elçibəyi aldadıb, 17 milyon dolları mənimsəmişdi”.

Bu sözləri siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev Azərbaycan Televiziyasının "Əsas məsələ” verilişdə AXC-Müsavat hakimiyyəti dövründə baş verən qanunsuzluqlardan danışarkən deyib.

O, baş verənləri faktlarla ifşa edib: "Mən o vaxt Gömrük Komitəsinin sədr müavini idim. Onların vaxtında 118 milyon dollar mənimsənildi. O pul Azərbaycana gətirilmədi.

Marqaret Tetçer 30 milyonluq bonus gətirmişdi. Bonus birbaşa Əbülfəz Əliyevin adında idi. Həmin pul Türkiyəyə banka qoyulmuşdu. Bankla əlaqə saxladıq, Türkiyəyə getdik, pulun 13 milyonunu bərpa edə bildik. 17 milyon pul itmişdi”.

C.Nuriyev Xalq Cəbhəsinin niyə dağıldığını da açıqlayıb. Qeyd edib ki, bu faktı heç kim bilmir: "Məlum oldu ki, Əli Kərimli Əbülfəz Elçibəyi aldadıb, qol çəkdirib, o pulun 2 milyon dolları birbaşa Əli Kərimlinin hesabına keçib.

Türkiyədən İngiltərə bankına ötürülüb. O transferin də kağızlarını gətirdik, Xalq Cəbhəsi pulun 2 milyonunu Əli Kərimlinin götürdüyünü biləndə bir günün içərisində dağıldı. Onlar elə belə getmədilər ki... Pul maraqları üst-üstə düşmədi. Bu, faktdır. İstəyirlərsə, məni məhkəməyə versinlər. Hamısını sübut edə bilərəm”.

 

Diasporpress.az