11 İyul, 15:39   |    Baxış sayı: 155

"Qarabağ"ın legioneri Qızıl Kubokda ən yaxşı qollardan birinin müəllifi olub - VİDEO

ABŞ-da keçirilmiş Qızıl Kubokun ən yaxşı qolları açıqlanıb.

Diasporpress.az-ın məlumatına görə, "Stars and Stripes" nəşrinin müəyyənləşdirdiyi siyahıya Haiti yığmasında çıxış edən "Qarabağ"ın futbolçusu Donald Gerryenin qolu da düşüb. 29 yaşlı cinah oyunçusu Kanada ilə 1/4 final matçında fərqlənib. Bu, həm də Haiti millisinin qələbə topu olub - 3:2. Nəticədə Gerryenin komandası yarımfinala yüksəlib və Qızıl Kuboku bürünc medalla başa vurub.

Qeyd edək ki, "Qarabağ" ötən gün Albaniyada "Partizani" ilə keçirdiyi Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununu qolsuz heç-heçə ilə başa vurub. Donald Gerrye bu matçda meydana çıxmayıb. Azərbaycan təmsilçisi ilə müqaviləsi başa çatan futbolçu hələ də komandanın düşərgəsinə qoşulmayıb.

 

 

Diasporpress.az