Rauf Raif Denktaşın həyat yoldaşı vəfat edib
02 Fevral, 18:11   |    Baxış sayı: 215

Rauf Raif Denktaşın həyat yoldaşı vəfat edib

Şimali Kipr Türk Respublikasının qurucusu və sabiq prezidenti Rauf Raif Denktaşın həyat yoldaşı vəfat edib.
Diasporpress.az xəbər verir ki, Aydın Denktaş müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. Onun 86 yaşı var idi.

Lefkoşadakı xəstəxananın baş həkim müavini Adil Özyılkan orqan çatışmazlığı və sətəlcəm səbəbindən reanimasiya şöbəsində müalicə olunan Aydının səhər saatlarında vəfat etdiyini bildirib.

Qeyd edək ki, Rauf Denktaş 2012-ci ilin 13 yanvar tarixində vəfat edib.

Diasporpress.az 
Lamiyə Əlişqızı