Rusiya Azərbaycanlıları İttifaqı 5 nömrəli Psixonevroloji dispanserin sakinkərinə yardım edib
06 Aprel, 00:32   |    Baxış sayı: 386

Rusiya Azərbaycanlıları İttifaqı 5 nömrəli Psixonevroloji dispanserin sakinkərinə yardım edib

RUSİYA AZƏRBAYCANLILARI İTTİFAQI və DÜNYA AZƏRBAYCAN MƏDƏNİYYƏT FONDU-nun əməkdaşları təşkilatın prezidenti Fizuli Məmmədovun təşəbbüsü ilə 5 nömrəli Dövlət Psixonevroloji dispanserini ziyarət ediblər.

Ziyarət çərçivəsində müəssisənin xüsusiyyətləri və uşaqların xaişləri nəzərə alınmaqla, epidemioloji vəziyyətdə səmərəli istirahət üçün lazımi ləvazimatlar alınaraq 5 nömrəli Dövlət Psixonevroloji dispanserinə təhvil verilib. İnternat məktəbinin işçiləri isə öz növbəsində diqqət və göstərilən qayğıya görə RUSİYA AZƏRBAYCANLILARI İTTİFAQI-na təşəkkürlərini bildiriblər.

Nəzərinizə çatdıraq ki, ziyarət "Ангелы среди нас" xeyriyyə fondunun təşkilatı dəstəyi nətiçəsində mümkün olub. Belə ki, fond tərəfindən Rusiya Azərbaycanlıları İttifaqının operativ qərargahına yardım üçün müraciət edilib. Buna görə də, RUSİYA AZƏRBAYCANLILAR İTTİFAQI
"Ангелы среди нас" xeyriyyə fonduna, xüsusən də fondun prezidenti Larisa Barabanovaya əməkdaşlığa görə minnətdarlığını bildirir.

Xeyriyyəçilik kömək gözləyənlər üçün mayak kimi parlayır. Yardım edərək, yalnız hədiyyələr vermirik, həm də sevinc və ümid bəxş edirik.
Qeyd edək ki, kömək və diqqət göstərmək təşkilatımızın və şəxsən onun rəhbəri Fizuli Məmmədovun prioritetlərindəndir.