Şair Yaşar Süleymanlı Moskvada “Anna Axmatova- 130 il” medalına layiq görülüb
07 Fevral, 17:51   |    Baxış sayı: 994

Şair Yaşar Süleymanlı Moskvada “Anna Axmatova- 130 il” medalına layiq görülüb

Rusiyada yaşayan həmyerlimiz şair Yasar Sülyemanlı ədəbiyyat sahəsində göstərdiyi fəaliyyətinə görə Rusya Yazıçılar Birliyi tərəfindən "Anna Axmatova” medalına layiq görülüb. O, bu xəbəri özünün Facebook səhifəsindən paylaşıb.

Onu da qeyd edək ki, Anna Axmatovanın 130 illiyi şərəfinə 2019-cu il Rusiyada "Anna Axmatova ili” elan edilmişdi. "Anna Axmatova -130 il" medalı Rusiya Federasiyasının "İctimai birliklər haqqında" Federal Qanununun 24-cü maddəsinə uyğun olaraq təsis edilmiş və rus ədəbiyyatının inkişafına verdiyi töhfəyə görə verilən ictimai mükafat statusuna malikdir.

Medal Rusiya Yazıçılar Birliyi Rəyasət Heyətinin 31 yanvar 2020 –ci il tarixli qərarına əsasən "İlin yazıçısı" milli ədəbi mükafatı namizədlərinə verilir.
Mükafat 22 Mart Ümudünya Poeziya gününə həsr olunmuş Moskva Hökümətinin konsert salonunda keçiriləcək təntənəli mərasimdə təqdim ediləcək.

 

Diasporpress.az