Şairələrimizin əsərləri fin dilində nəşr edilib
19 Avqust, 20:34   |    Baxış sayı: 61

Şairələrimizin əsərləri fin dilində nəşr edilib

Azərbaycanlı şairələrin əsərlərinin antologiyası Finlandiyanın "Palladium kiryat” nəşriyyatında çap olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən Diasporpress.az-a bildirilib ki, kitab XII əsrdən müasir dövrümüzə qədər olan müddəti əhatə edir. Buraya klassiklərimiz Məhsəti Gəncəvi, Xurşidbanu Natəvan, Ağabəyim Ağadan tutmuş sovet dönəminin şairələri Nigar Rəfibəyli, Mirvarid Dilbazi və digərlərinin əsərləri daxildir. Müasir Azərbaycan lirikasını filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva təmsil edib. Məcmuəni Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın şeirləri tamamlayıb. Onun "Gedim, azca ağlayım” şeirindən olan sətir kitabın başlığı üçün seçilib.

Antologiyanın təqdimat mərasiminin payızda Bakı və Helsinkidə keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, layihəni soydaşımız Tahirə Cəfərova həyata keçirib. O, ilk dəfə deyil ki, fin xalqını ədəbiyyatımızla tanış edir. Bu, onun ikinci böyük işidir. 2016-cı ildə onun tərcüməsi əsasında Azərbaycan poeziyasının "Mən balıq qulağında gizli mirvariyəm” antologiyası nəşr olunub.
 
Diasporpress.az