Şəhriyar Məmmədyarov Sinkfild kuboku turnirində mübarizə aparacaq
17 Avqust, 17:54   |    Baxış sayı: 62

Şəhriyar Məmmədyarov Sinkfild kuboku turnirində mübarizə aparacaq

Avqustun 17-də ABŞ-ın Sent-Luis şəhərində Sinkfild kuboku turnirinin birinci turuna start veriləcək. Bu nüfuzlu yarışda Azərbaycanı qrossmeyster Şəhriyar Məmmədyarov təmsil edir.

Diasporpress.az xəbər verir ki, şahmatçımız birinci turda rusiyalı Sergey Karyakin ilə görüşəcək. Turun digər oyunlarında çinli Dinq Liren amerikalı Uesli So, hazırkı dünya çempionu norveçli Maqnus Karlsen hollandiyalı Aniş Qiri, rusiyalı Yan Nepomnyaşi hindistanlı Vişvanatan Anand, fransalı Maksim Vaşe-Laqrav ermənistanlı Levon Aronyan, amerikalı şahmatçılar Hikaru Nakamura Fabiano Karuana ilə qarşılaşacaqlar.
 
Diasporpress.az