Sergey Lavrov Putinin Fəxri Fərmanını Polad Bülbüloğluna təqdim etdi - FOTO
12 Fevral, 09:59   |    Baxış sayı: 568

Sergey Lavrov Putinin Fəxri Fərmanını Polad Bülbüloğluna təqdim etdi - FOTO

Fevralın 11-də Rusiyanın Xarici işlər naziri Sergey Lavrov ilə MDB dövlətləri fövqəladə və səlahiyyətli səfirləri arasında görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüş zamanı Sergey Lavrov Rusiya Prezidenti Vladimir Putinin tapşırığı ilə onun adından "Rusiya-Azərbaycan münasibətlərinin inkişafına verdiyi böyük töhfəyə görə” Fəxri Fərmanı Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna təqdim edib və onun fəaliyyətini yüksək qiymətləndirib.

 

Bundan əlavə, tədbir çərçivəsində Rusiya Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy MDB dövlətlərinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun İdarə Heyəti adından Polad Bülbüloğlunu "Humanitar əməkdaşlığın inkişafında göstərdiyi xidmətlərə görə” medalı ilə təltif edib.

Tədbirdə iştirak edən diplomatik missiyaların rəhbərləri də azərbaycanlı həmkarlarına səmimi təbriklərini çatdırıblar.