Şeyxülislam Allahşükür Paşazadə “Heydər Əliyev” ordeni ilə təltif edilib
26 Avqust, 10:32   |    Baxış sayı: 84

Şeyxülislam Allahşükür Paşazadə “Heydər Əliyev” ordeni ilə təltif edilib

Prezident İlham Əliyev Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin "Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Diasporpress.az xəbər verir ki, dövlətimizin başçısı Şeyxülislam Allahşükür Paşazadəni Azərbaycan Respublikasında dövlət-din münasibətlərinin formalaşması, milli həmrəyliyin və mənəvi-əxlaqi dəyərlərin bərqərar olması sahəsində xüsusi xidmətlərinə görə "Heydər Əliyev” ordeni ilə təltif edib.
 
Diasporpress.az