Tailandda binanın çökməsi nəticəsində üç fəhlə ölüb
12 Avqust, 17:28   |    Baxış sayı: 23

Tailandda binanın çökməsi nəticəsində üç fəhlə ölüb

Tailandın turizm mərkəzlərindən olan Puket adasında inşası davam edən ikimərtəbəli binanın çökməsi nəticəsində üç fəhlə ölüb.

Diasporpress.az Tailand KİV-lərinə istinadla xəbər verir ki, hadisə nəticəsində 8 nəfər yaralanıb. Ölənlərin hər üçü Myanmadan olan mühacir fəhlələrdir.

Hadisə yerində axtarış işləri davam etdirilir. Hələlik qəzanın başvermə səbəbləri dəqiq bilinmir.
 
Diasporpress.az