Təhsil işçilərinin sentyabr konfransları keçiriləcək
31 Avqust, 18:23   |    Baxış sayı: 193

Təhsil işçilərinin sentyabr konfransları keçiriləcək

Təhsil naziri Ceyhun Bayramov təhsil işçilərinin sentyabr konfranslarının keçirilməsi haqqında əmr imzalayıb.

Təhsil Nazirliyindən Diasporpress.az-a bildiriblər ki, əmrə əsasən, sentyabr konfransları plenar müşavirə və metodik bölmə iclaslarından ibarət olmaqla 2 gün ərzində keçiriləcək. Plenar müşavirələr sentyabrın 2-dən 6-dək təşkil ediləcək. Müşavirələrin zonalar üzrə keçirilməsi məqsədəmüvafiq hesab olunub.

Metodik bölmə iclasları hər bir zona üzrə plenar müşavirədən sonra yerli təhsili idarəetmə orqanlarının müəyyən etdiyi tarixdə təşkil olunacaq və sentyabrın 10-dək başa çatacaq.
 
Diasporpress.az