Dünya

Türkiyə daxili və xarici uçuşları ciddi şəkildə bərpa etməyə hazırlaşır

Türkiyə daxili və xarici uçuşları ciddi şəkildə bərpa etməyə hazırlaşırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyə Hava Yolları” şirkəti koronavirus pandemiyası ilə bağlı tətbiq edilən karantin ortadan qalxandan sonra icra edəcəyi daxili və xarici uçuş planlarını açıqlayıb.

“Hürriyet” xəbər verir ki, Türkiyədə daxili üçuşlar cari ayın 20-ə, xarici uçuşlar isə 28-dək qadağan edilib.

Açıqlamaya əsasən, qadağa qaldırıldıqdan sonra ölkə daxili uçuşlar tam şəkildə icra olunacağı halda, xarici uçuşların ilkin mərhələdə 60%-i bərpa ediləcək.

İyun ayında həftədə 75 reys olmaqla 13 ölkənin 29 nöqtəsinə uçuşlar həyata keçiriləcək.

Bundan əlavə, iyul ayında hər həftə 74 ölkəyə və 103 istiqamətə 572 uçuş, avqustda isə 98 ölkə və 160 istiqamətə həftəlik olaraq 987 uçuş baş tutacaq.

 

DiasporPress.az