Diaspor

Türkiyədə 300 azərbaycanlı tələbəyə yardım edildi

Türkiyədə 300 azərbaycanlı tələbəyə yardım edildibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Sakarya vilayətində COVID-19 pandemiyası ilə müvəqqəti çətinliklə üzləşmiş 300-dən çox azərbaycanlı tələbəyə maddi və ərzaq dəstəyi göstərilib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, Sakarya Azərbaycan-Türkiyə Qardaşlıq Topluluğunun rəhbəri Vüqar Nəsirov bildirib ki, müqəddəs Ramazan ayında həyata keçirilən humanitar aksiyalar zamanı 200 tələbəyə ərzaq yardımı edilib:

“100 tələbəyə (50-si birbaşa maddi yardım alıb, 50-si alış-veriş kartı ilə təmin olunub) maddi kömək göstərilib. Xeyriyyə aksiyası pandemiya öncəsi başqa şəhərlərdən səyahət və şəxsi işlər məqsədilə Sakaryaya gələn və karantin müddətində yaşadıqları yerlərə qayıda bilməyən tələbələri, eləcə də onların ailə üzvlərini də əhatə edib”.

 

DiasporPress.az