Türkiyədəki Azərbaycanlı iş qadının UĞUR HEKAYƏSİ
29 Fevral, 11:48   |    Baxış sayı: 594

Türkiyədəki Azərbaycanlı iş qadının UĞUR HEKAYƏSİ

Bakı şəhərində doğulan, ali təhsilini Bakı Dövlət Universitetinin Beynəlxalq İqtisadi Əlaqələr fakültəsində alan və hazırda Türkiyədə bizneslə məşğul olan azərbaycanlı iş xanımı Ülkər Piriyeva ilə müsahibəni siz təqdim edirik:

- Salam Ülkər xanım. Xoş gördük. Əvvəlcə hər kəsi maraqlandıran suala cavab almaq istərdik. Türkiyədə şirkət açmaq ideyası necə yarandı və nəyə görə Azərbaycan deyil, xarici ölkədə biznes qurmaq qərarına gəldiniz?

- Salam. Təşəkkür edirəm. Qısa olaraq onu deyim ki, müxtəlif illərdə müxtəlif şirkətlərdə çalışmışam. Sonuncu iş yerim dünyanın ən böyük Telekom şirkəti - "Teleperformance Turkey” olub. Korparasiyanın İnsan Resursları Departamentinin, Qaynaq direktoru vəzifəsini icra etmişəm. Burada işlədiyim dönəmdə ağlıma bir ideya gəldi və bunu reallığa çevirmək üçün bütün gücümü ortaya qoydum. Nəticədə "Risus İnsan Kaynakları Eğitim ve Danışmanlık” şirkətini yaratdım. "Bu addımı atmağa sizi na vadar etdi?” sualına mən belə cavab vermək istərdim: "Həm öz işimi qurmaq, həm də Türkiyədə ölkəmi layiqincə təmsil etmək istəyirdim”. Mən ali təhsil aldığım dönəmdən bəri yerli və xarici təlimlərdə çox iştirak etmişəm. Və həmişə ən böyük arzum, istəyim belə tədbirlərdə Azərbaycanı layiqincə təmsil etmək olub .
Türkiyədəki Azərbaycanlı iş qadının UĞUR HEKAYƏSİ


- Təbii ki, bu yolda Ülkər xanım bir çox manələrlə rastlaşır. Amma özünə inam və təcrübə bütün bu əngəlləri aşmağa ona kömək edir. Ülkər xanım sirr deyilsə uğur formulunuzu açıqlayardınız?

- Bu qərarı verərkən çox düşündüm. Cünki öz doğma yurdundan, ailə, dost-tanışlarından kənarda iş qurmaq olduqca riskli və məsuliyyətlidir. Bu baxımdan uğur qazanmaq üçün bütün mümkün variantları nəzərdə keçirdim. Düzgün strategiya və özünə inam hissinin güclü olması sonda arzumu reallaşdırmağa kömək etdi. Onu da deyim ki, hər bir qadın kimi mən də öz cəsarət və gücümü təbiətdən alıram.
Türkiyədəki Azərbaycanlı iş qadının UĞUR HEKAYƏSİ


- Şirkətiniz hansı istiqamətdə fəaliyyət göstərir?

- Mən "Risus İnsan Resursları Təlim və Konsultasiya" (Risus İnsan Kaynakları Eğitim ve Danışmanlık) şirkətinin rəhbəriyəm. Biz Azərbaycan, Türkiyə,Yunanıstan, Kipr və Almanya kimi ölkələrdə fəaliyyət gösətərən şirkətlərdə işə düzətmək istəyənlərə yardımcı oluruq. Onlara təlim və xidmət göstəririk. Bundan başqa, xarici vətəndaşlara Türkəyədə investisiya imkanları, Türkəyədə oturum icazəsi, vətəndaşlıq almaq, şirkət açmaq və s. mövzularda dəstək veririk. "www.risus-hr.com" - portal vasitəsi ilə şirkətimiz haqqında daha ətraflı məlumat əldə etmək olar.
Türkiyədəki Azərbaycanlı iş qadının UĞUR HEKAYƏSİ

- Ülkər xanım, sizcə, qadının biznesdə uğur qazanması üçün ilk şərt nədir?

- Mənə elə gəlir ki, nə olursa olsun, mütləq başladığınız işi davam etdirməniz lazımdır. Siz bu yolda çox əziyyət çəkəçəksiniz, çətinliklə qarşılaşacaqsınız, amma bu sizi yolunuzdan döndərməməlidir. Az öncə dediyim kimi, nə olursa olsun, başladığınız işi davam etdirməniz lazımdır. Bundan başqa, yaxşı lider olmaq üçün əvvəlcə özünüzün zəif və möhkəm tərəflərini müəyyənləşdirməlisiniz. Sizin üçün vacib, yaxud az əhəmiyyətli olan şeyləri bilməlisiniz və s. Dediklərim sadə səslənə bilər amma inanın bu elə də sadə məsələlər deyil.
Türkiyədəki Azərbaycanlı iş qadının UĞUR HEKAYƏSİ


- Gələcək planlarınızdan söz açardınız zəhmət olmasa. Qarşıdakı illərdə şirkətinizin fəaliyyət istiqamətini daha da zənginləşdirməyi düşünürsünüzmü?

- Əlbəttə. Biz əldə etdiyimiz nailiyyətlərlə kifayətlənmək niyyətində deyilik. Yeni hədəflər, yeni uğurlar istiqamətində çalışacayıq. Bunun üçün lazımı potensialımız və ən əsası güclü və bacarıqlı komandamız var. Sonda onu da deyim ki, bu yaxınlarda Türkəyənin nüfüzlu təşkilatı olan "Yaşama Dokunanlar Platformu" "1000 kadın 1 kitab" layihəsi reallaşdırdı. Nəşrdə qadınların fərqli uğur hekayələrindən bəhs edilir. Kitabda ilk Azərbaycan qadını olaraq yer almağım həm məni qürurlandırıdı, həm də ruhlandırdı. Kitab yaxın zamanda ictimayyətin ixtiyarına veriləcək.

- Təşəkkür edirəm, bizə vaxt ayırdığınız üçün. İşlərinizdə bol-bol uğurlar.
Türkiyədəki Azərbaycanlı iş qadının UĞUR HEKAYƏSİ


Qeyd edək ki, 18 yaşından əmək fəaliyyətinə başlayan Ülkər Piriyeva həm dövlət, həm də özəl sektorda çalışıb. O, 2014-ci ildə Beynəlxalq "Lions Clubun” Azərbaycanda həmtəsisçisi olub və ölkəmizi Kanadanın Toronto şəhərində uğurla təmsil edib. Bir müddət ABŞ təhsilli Azərbaycan Məzunları İB-da, ardınca "AzərEnerji” ASC-də aparıcı mütəxəssis vəzifəsində işləyib. Gənc və potensiallı gənc xanım daha sonra "Azercell” şirkətində İnsan Resursları Departamentində, "Edumedia” şirkətində isə aparıcı vəzifələrində özünü sınadıqdan sonra İstanbuldan aldığı iş təklifini dəyərləndirmək qərarına gəlir. Burada dünyanın ən nüfuzlu Telekom şirkətlərindən biri - "Teleperformance”nin İnsan Resursları Departamentinin, Qaynaq direktoru vəzifəsində fəaliyyət göstərib. Hazırda "Risus İnsan Kaynakları Eğitim ve Danışmanlık" şirkətinin rəhbəridir.