Türkiyənin Ege Dənizində 4,8 bal gücündə zəlzələ qeydə alınıb
08 Avqust, 14:37   |    Baxış sayı: 70

Türkiyənin Ege Dənizində 4,8 bal gücündə zəlzələ qeydə alınıb

Türkiyənin Ege Dənizində 4,8 bal gücündə zəlzələ baş verib.

Diasporpress.az xəbər verir ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) verilən məlumata görə yerli vaxtla 11.39-da qeydə alınan təkanların ocağı 18,47 kilometr dərinlikdədir.

Yeraltı təkanlar ölkənin İzmir şəhərinin Seferihisar rayonundan 11,85 kilometr, Kuşadasından isə 8,19 kilometr uzaqlıqda baş verib.

Dağıntı və xəsarət alanlar barədə hələ ki, məlumat yoxdur.

Yaşayış ərazilərində hiss olunan zəlzələ əhali arası da təşvişə səbəb olub. (azərtac)
 
Diasporpress.az