UEFA Avropa Liqasında 21 qarşılaşma ilə play-off mərhələsinə yekun vurulacaq
29 Avqust, 13:40   |    Baxış sayı: 100

UEFA Avropa Liqasında 21 qarşılaşma ilə play-off mərhələsinə yekun vurulacaq

Avqustun 29-da UEFA Avropa Liqasının play-off mərhələsinə yekun vurulacaq.

Diasporpress.az xəbər verir ki, mərhələnin cavab oyunları çərçivəsində 21 matç keçiriləcək. Azərbaycanın turnirdə yeganə təmsilçisi "Qarabağ” komandası Tofiq Bəhramov adına Respublika stadionunda Şimali İrlandiyanın "Linfild” komandasını qəbul edəcək. İlk görüş Ağdam təmsilçisinin 2:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Türkiyənin "Trabzonspor” komandası doğma azarkeşlər önündə Yunanıstanın AEK komandasını qəbul edəcək. Yunanıstandakı ilk oyun Ünal Karamanın yetirmələrinin qələbəsi ilə başa çatıb - 3:1.

Günün bütün görüşlərinin nəticələri:

BATE (Belarus) – "Astana” (Qazaxıstan) - BATE (Belarus) - ilk görüş 0:3;

"Düdelanj” (Lüksemburq) – "Ararat” (Ermənistan) - 2:1;

"Bney Yehuda” (İsrail) - "Malmö” (İsveç) - 0:3;

"Ferentsvaroş” (Macarıstan) – "Suduva” (Litva) - 0:0;

"Hapoel Bier-Şeva” (İsrail) - "Feyenoord” (Hollandiya) - 0:3;

"Maribor” (Sloveniya) – "Ludoqorets” (Bolqarıstan) - 0:0;

"Riqa” (Latviya) – "Kopenhagen” (Danimarka) - 1:3;

"Trabzonspor” (Türkiyə) - AEK (Yunanıstan) - 3:1;

"Reyncers” (Şotlandiya) - Legiya" (Polşa) - 0:0;

"Antverpen” (Belçika) - "AZ Alkmaar” (Hollandiya) - 1:1;

"Vitoriya” (Gimaraynş, Portuqaliya) – "Styaua” (Rumıniya) - 0:0;

"Riyeka” (Xorvatiya) - "Gent” (Belçika) - 1:2;

"Apollon” (Kipr) - PSV (Holldnaiya) - 0:3.

"Ayntraxt” (Almaniya) - "Strasburq” (Fransa) - 0:1;

"Spartak” (Rusiya) – "Braqa” (Portuqaliya) - 0:1;

AİK (İsveç) – "Seltik” (Şotlandiya) - 0:2;

"Qarabağ” (Azərbaycan) – "Linfild” (Şotlandiya) - 2:3;

"Zarya” (Ukrayna) - "Espanyol” (İspaniya) - 1:3;

"Molde” (Norveç) – "Partizan” (Serbiya) - 1:2;

PAOK (Yunanıstan) – "Slovan” (Slovakiya) - 0:1;

"Vulverhempton” (İngiltərə) – "Torino” (İtaliya) - 3:2.
 
Diasporpress.az