Vitse-spiker: “Gürcüstan və Azərbaycan arasında əməkdaşlığın dərinləşdirilməsi qarşısıalınmaz prosesdir”
03 Aprel, 09:18   |    Baxış sayı: 235

Vitse-spiker: “Gürcüstan və Azərbaycan arasında əməkdaşlığın dərinləşdirilməsi qarşısıalınmaz prosesdir”

"Gürcüstan və Azərbaycan arasında əməkdaşlıq daha da dərinləşdirilməlidir”.

DiasporPress xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədr müavini, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Zviad Dzidziquri Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşdə bildirib.

O deyib ki, əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı hər iki dövlətin xoş niyyəti var və bu, qarşısıalınmaz prosesdir.

Gürcüstan parlamentində keçirilən görüşdə iki ölkə arasında müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq məsələləri və əlaqələrin daha da dərinləşdirilməsi perspektivləri müzakirə olunub. Tərəflər həmçinin mədəniyyət və təhsil sahəsində əməkdaşlıq, Gürcüstanda yaşayan azərbaycanlılar və Azərbaycanda yaşayan gürcülərlə bağlı məsələləri da nəzərdən keçiriblər.

Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstan parlamentinin Diaspor və Qafqaz məsələləri komitəsinin sədri Beka Odişaria, deputatlar Mahir Dərziyev, Azər Süleymanov və digər şəxslər də iştirak ediblər.