Manşet

Xurşidbanu Natəvanın abidəsi bərpa ediləcək

Xurşidbanu Natəvanın abidəsi bərpa ediləcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

DiasporPress.az DiasporPress.az-a istinadən xəbər verir ki, Vaterlo şəhərinin meri Florence Reuter Xurşidbanu Natəvanın abidəsinə qarşı törədilmiş vandalizmlə əlaqədar Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının və Benilüks Azərbaycanlıları Konqresinin ona ünvanladığı məktuba cavab yazıb.

Mer məktubda qeyd edib ki, vəziyyət nəzarət altındadır, polis orqanları təhqiqata başlayıblar. Yazılı hesabat hazırlanıb. Abidə bərpa ediləcək. Hadisə ilə bağlı aidiyyəti qurumlar ciddi iş aparır.

Xatırladaq ki, Xurşidbanu Natəvanın abidəsi Vaterlo şəhərinin mühafizə edilən tarixi abidələri siyahısına daxildir.

Qeyd edək ki, hadisəylə bağlı Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının, Avropa Azərbaycanlıları Konqresi və Benilüks Azərbaycanlıları Konqresi məsələyə sərt münasibət bildirərək cinayətkarların cəzalandırılması ilə bağlı hüquq mühafizə orqanlarına müraciət ediblər.

DiasporPress.az