Yeniyetmə boksçularımız beynəlxalq turnirdə 1 qızıl və 1 bürünc medal qazanıblar
30 İyul, 14:17   |    Baxış sayı: 140

Yeniyetmə boksçularımız beynəlxalq turnirdə 1 qızıl və 1 bürünc medal qazanıblar

Dağıstanın İzberbaş şəhərində SSRİ İdman ustası Abdulla İdrisovun xatirəsinə həsr olunmuş boks üzrə beynəlxalq turnir keçirilib.

Diasporpress.az xəbər verir ki, yarışda Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin "Gömrükçü” idman klubunun yeniyetmə boksçuları da qüvvələrini sınayıblar.

Turnirdə məşqçi-müəllim Ceyhun Rüstəmovun yetirmələri Fərid Kosayev (52 kq) qızıl, Əhəd Rüstəmli (32 kq) isə bürünc medal qazanıblar.
 
Diasporpress.az